Pornoqrafik film

Bir pornoqrafik filmin çəkiliş səhnəsi

Pornoqrafik film, pornoqrafiya filmi, porno filmi, pornofilm, pornoqrafik məzmunlu film, pornoqrafik xarakterli film, erotik film və ya seks filmi izləyicini və ya tamaşaçıları seksual cəhətdən razı salmaq üçün hazırlanmış ədəbsiz filmlərdirlər. Pornoqrafik filmlərdə müntəzəm olaraq cinsi əlaqə və ya çılpaqlıq kimi erotik stimullaşdırıcı xarakterli materiallar mövcuddur və bunlara seksual fantaziyalar da əlavə olunur. 1900-cü illərin əvvəllərində, film istehsalının ixtirasından qısa bir müddət sonra belə filmlərin də ilk nümunələri meydana çıxmışdır.

Porno filmlərin digər pornoqrafiya formaları ilə çoxlu müştərək cəhətləri mövcuddur. Cinsi əlaqəni açıq şəkildə göstərməyən filmlər softkor[1], cinsi əlaqəni açıq şəkildə göstərən və ya bəzi ekstremal əlaqələrdən bəhs edən filmlər isə hardkor[2] adlandırılır.

Qlobal olaraq, porno film sənayesi onunla əlaqədar olan məhsul və xidmətləri ilə bərabər 100 milyard dollarlıq sənaye sahəsi hesab olunur[3].

  1. "P20th Century Nudes in Art". The Art History Archive. 14 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 February 2012.
  2. Martin Amis. "A rough trade". Guardian.co.uk. 17 March 2001. 24 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 February 2012.
  3. Lenz, Lyz. "A brief and incredible history of porn". Daily Dot. Complex Media, Inc. 17 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search